Bakıda polislər hamilə qadının köməyinə çatdılar - VİDEO

Bakıda polislər hamilə qadının köməyinə çatdılar - VİDEO
Video
Hadisə 462

Ötən gün axşam saatlarında polis əməkdaşlarının köməyilə hamilə qadın xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Vətəndaş axşam saat 23:30 radələrində Xəzər Rayon Polis İdarəsinin (RPİ) ərazidə xidmət aparan əməkdaşlarına yaxınlaşaraq, 1985-ci il təvəllüdlü həyat yoldaşının vəziyyətinin pisləşdiyi barədə məlumat verib.

Polis əməkdaşları dərhal xidməti avtomobilləri ilə həmin vətəndaşları 1 saylı Kliniki Tibbi Mərkəzə (Ginekologiya şöbəsi) çatdırıblar.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər