Bakıda polisdən vaksin əməliyyatı: Baş həkimlər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəaliyyət göstərən bir neçə poliklinikada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.
BAKU.WS “Bakupost.az”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində baş həkimlər və həkimlər saxlanılıb.
Onlar COVID-19 əleyhinə peyvəndin vurulmasıyla bağlı saxta arayışların verilməsində şübhəli bilinirlər.
Saxlanılanlar arasında yüksək vəzifəli şəxslərin qohumlarının da olduğu bildirilir.
Qeyd edək ki, bu gün vaksinasiya prosesində yol verdiyi nöqsanlara görə 2 nəfər işdən çıxarılıb. Hadisə ilə bağlı yayılan videodan aydın görünür ki, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan tibb bacısı vətəndaşa peyvənd vurmur, digəri isə saxta sənəd yazır.
Artıq həmin həkimlərin əmək müqavilələrinə xitam verilib.
Oxşar xəbərlər
Bakıda xəstəxanada peyvənd oyunu - görüntülər yayıldı - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam ver...