Bakıda plazadan iri şüşə parçası yerə töküldü - xəsarət alanlar var - VİDEO
12
sen
2019
09:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər.Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
Oxşar xəbərlər
Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı
Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində b...