Bakıda parklanmaya qarşı quraşdırılan tumbaları oğurlayan şəxslər tutuldular - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar.
Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib.
Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov tutularaq istintaqa təqdim olunublar.
Araşdırmalarla müəyyən edilib ki, Elşən Həsənov özünə məxsus avtomobillə tanışları Ceyhun Mirzəyev və Eyvaz Əliyevlə birlikdə gecə saatlarında insanların olmamasından istifadə edərək parka gəlməklə oradan ümumilikdə 14 ədəd dəmir tumba oğurlayıb.
Dəstə üzvləri daha sonra həmin tumbaları müxtəlif ünvanlarda yerləşən əlvan metal qəbulu məntəqələrinə pul müqabilində satıblar. Qrup üzvlərinin oğurladıqları tumbaların bir qismi qeyd edilən əlvan metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut qismində götürülüb. Saxlanılan şəxslərin etdikləri oğurluq cinayətləri inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...