Bakıda parkda SOYĞUNÇULUQ - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq əməlinə görə məhkum olunmuş Məsimov Emil saxlanılıb. Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? - CİNAYƏT İŞİ
Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib. “Teleqraf”...