Bakıda parkda KÜTLƏVİ DAVA: Yeniyetməni döyüb bıçaqladılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeniyetmələr arasında kütləvi dava olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Təbriz küçəsində Şuşa İstirahət Parkında baş verib. 15 yaşlı R.Y. bacısı ilə telefonda danışdığını iddia edərək H.Ə.-ni məsələyə həll etməyə çağırıb. Bu zaman R.Y. “söhbət”ə daha 2 yeniyetmə dostu ilə gedib.
Burada onlar arasında dava olub. Dava zamanı dostlardan biri turist bıçağı H.Ə.-yə xəsarət yetiriblər.
Hadisəni törədənlər polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Şübhəlilər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə onların barəsində yetkinlik yaşına çatmadıqları üçün valideyn nəzarətinə verilməsi barədə qərar verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 8-də keçiriləcək.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...