Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ

Bakıda pariklə dələduzluq edən şəxs ƏLƏ KEÇDİ
Video
Hadisə 114

Paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə hadisəni törətməkdə şübhəli bilinən əvvələr məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

BAKU.WS xəbər verir ki, Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib.

Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub. Ə.Səfərovun zərərçəkənlərə ümumilikdə 15000 manatdan çox maddi ziyan vurduğu məlum olub.

Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün süni taxma saçdan ("parik") istifadə edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər