Bakıda Pakistan vətəndaşı itkin düşüb
03
fev
2022
09:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Pakistan vətəndaşı itkin düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə yanvarın 31-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Pakistan vətəndaşı, 1982-ci il təvəllüdlü Mahmud Nasir Asif Muhammad oğlu yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı onunla eyni ünvanda yaşayan həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 3 qız itkin düşüb
Paytaxtda 3 qız itkin düşüb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, itkin düşənlərdən biri tapılaraq ailəsinə təhvil verib. Hadisələrdən biri paytaxtın Sab...