Bakıda özünü binadan atan yeniyetmə qız öldü
05
apr
2022
12:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.
Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda özünü eyvandan atan qızın son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB - 2 - FOTO
Bakıda çoxmərtəbəli binanın eyvanından özünü atan yeniyetmə qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. BAKU.WS xəbər verir ki, mərkəzin...