Bakıda özünü eyvandan atan qızın son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB - 2 - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda çoxmərtəbəli binanın eyvanından özünü atan yeniyetmə qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
BAKU.WS xəbər verir ki, mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, 2006-cı il təvəllüdlü qız reanimasiyaya yerləşdirilib:
“Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.
***15:27
Bu gün Nəsimi rayonu, Memar Əcəmi metrostansiyası yaxınlığında intihar hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə görüntülər daxil olub.
Görüntüləri təqdim edirik:
***14:34
Bakıda gənc qızın çoxmərtəbəli binanın eyvanından düşərək intihara cəhd etdiyi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, qız həmin binada anası ilə birgə kirayədə qalır.
Binanın 4-cü mərtəbəsindən yıxılan qız aşağıda dayanan avtomobilin üzərinə düşüb. Çoxsaylı xəsarətlər alan qızın durumu ağırdır.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, Asif Məhərrəmov küçəsində hündürlükdən yıxılma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 13:39-da daxil olub: "Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Kliniki Tibbi Mərkəzə aparılıb".
Hadisə yerinə polis əməkdaşları gəlib.
Qalereya
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...