Bakıda özünü binadan atan 18 yaşlı qızla bağlı SON MƏLUMAT
10
iyl
2019
14:11
Azərbaycan Gimnastika Federasiyası ötən gün intihar edən gənc qızın dünya çempionu olması xəbərinə aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, akrobatika gimnastikası üzrə məşqçi İradə Qurbanova “haqqın.az”a bu barədə danışıb.Baş məşqçi ilk öncə Nizami rayonu, Elşən Süleymanov küçəsindəki binanın 4-cü mərtəbəsindən özünü atan 2001-ci il təvəllüdlü Aynur Əfqan qızı Məmmədzadənin ölümündən təəssüfləndiyini bildirib.O, ölən qızın ailəsinə başsağlığı verib.Daha sonra o, bildirib ki, Aynur Məmmədzadə adlı idmançı yığmada olmayıb. Məşqçi onun Avropa və dünya çempionatlarında qalib gəlmədiyini bildirib.Qeyd edək ki, ötən gün Bakıda gənc qız intihar edib. Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.APA Aynur Məmmədzadənin Avropa çempionu olduğu barədə məlumat yaymışdı.
Oxşar xəbərlər
Bakıda dəhşətli intihar: Gənc qız özünü 4-cü mərtəbədən atdı
Bakıda gənc qız intihar edib. BAKU.WS xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qı...