Bakıda özünü 20-ci mərtəbədən atan gənc qızla bağlı MƏLUMAT
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat daxil olub.
"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.
Oxşar xəbərlər
Bakıda özünü 20-ci mərtəbədən atan gənc qız avtomobilin üzərinə düşüb
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Sevil Samir qızı Atakişiyva Yeryemenko küç...