“Qoca” ilə əlaqədə günahlandırılan Fədayə Laçın etiraf etdi
08
avq
2018
17:46
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.Elan olunmuş ittiham üzrə Penitensiar xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev, qarovul rəisinin digər müavini Tural Poladxanov, müğənni Fədayə Laçın, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov özlərini qismən təqsirli bildiklərini deyiblər.Digər iki şəxs - Penitensiar xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayevlə Anar Əsgərov isə özlərini təqsirli bilmədiklərini söyləyiblər.Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə vermək üçün təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrın 26-da ifadə verdiyini vurğulayıb.Məhkəmədə onun ifadəsi elan olunub.Ə.Ağami E.Məmmədovla qatarda qarovul rəisi C.Səmədovun otağında görüşmədiyini deyib.Daha sonra G.Atakişiyeva dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.G.Atakişiyeva söyləyib ki, "Qoca" ləqəbli Etibar Məmmədovu rəfiqəsi Lalə vasitəsilə tanıyıb. O, E.Məmmədov qatardan qaçandan sonra ona köməklik göstərdiyini qeyd edib: "Aqillə onu Biləcəridən götürüb apardıq".G.Atakişiyeva əməlindən peşman olduğunu ifadə edib.Təqsirləndirilən A.Nəcəfov dindirilən zaman E.Məmmədovla həmyerli olduğunu, həbsdə olanda ona zəng etdiyini deyib: "Etibarın qardaşının toyunda zəng edib mənlə danışdı. Sonra nömrəmi aldı. Bir müddət keçəndən sonra özü mənə zəng elədi, "telefon konfransı" vasitəsilə danışdıq. İki dəfə onun yanında getdim. Bir dəfə Günay, Lalə və mən, sonra Fədayə ilə Bakı İstintaq Təcridxanasında Etibarla görüşmüşəm. Məni orada Fədayə xanımla tanış etdi. Etibar içəridə mahnılar yazırdı. Sonra Etibar zəng elədi ki, açarı Fədayə Laçından götürüm. Açarı başqa adamdan götürüb Günaya verdim. Mən heç Ceyhunu tanımıram, qatarın da qarşısında görməmişəm".G.Atakişiyeva deyib ki, C.Səmədovu ona A.Nəcəfov göstərib. A.Nəcəfov isə C.Səmədovu tanımadığını bildirib: "Açarı çantanın içərisində Günaya verib oradan uzaqlaşdım. Günay qatarda qaldı. Etibar məndən açarı istəyəndə həbsxanada ayı qəfəsini açacağını söylədi. Bu barədə Fədayə Laçın da bilirdi. Sonra Etibar zəng elədi ki, Günayı Şirvandan Bakıya aparmaq lazımdır. Günayı Bakıya gətirəndə Etibar yenə zəng vurdu ki, onu da Bakıda götürüm. Dedim ki, "qaçma". Sonra onu Bakıdan götürüb apardım".Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.BAKU.WS
Oxşar xəbərlər
"Qoca"nın qaçışı ilə bağlı maraqlı detallar: gecə qatarda baş verənlərin bütün TƏFƏRRÜATLARI
Bakıda dustaqların qaçması ilə bağlı yeni məqamlar üzə çıxıb.Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun koman...