Bakıda Özbəkistan vətəndaşını qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR

Bakıda Özbəkistan vətəndaşını qətlə yetirən şəxslə bağlı YENİ XƏBƏR
Hadisə 96

Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il iyulun 30-u saat 19 radələrində Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər