Bakıda ondan boşanmaq istəyən arvadı və qızını bıçaqlayan şəxsin cəzası azaldıldı
Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rövşən Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti ona əlavə edilmiş ərizələrlə birlikdə qismən təmin olunub, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin (CM) 80-1-ci maddəsi tətbiq edilməklə (73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) məhkum Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-in 128-ci maddəsi üzrə ona təyin edilmiş bir il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunub. Eyni zamanda, məhkumun Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-in 29, 120.2.4-cü maddəsi üzrə təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.
İttihama görə, hadisə 2023-cü il fevralın 2-də saat 09:30-da Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərin birinin blokunda qeydə alınıb.
Belə ki, Rövşən Əliyev keçmiş arvadı, zərərçəkmiş V.Əliyevanın ondan boşanması və barışıqdan imtina edərək yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında mübahisə yaranıb. Hadisə günü o, bıçaq götürərək blokda mənzilin giriş qapısının qarşısında gizlənib. Sonra Rövşən işdən evə gələn V.Əliyevanın boyun nahiyəsinə zərbələr endirib. Bu zaman onların qızı N.Əliyeva qadının qışqırıq səslərini eşidib mənzildən bloka çıxıb. Təqsirləndirilən şəxs isə qızının gözü qarşısında növbəti bıçaq zərbələrini V.Əliyevanın sağ yanaq və boyun nahiyəsinə yetirib. Daha sonra N.Əliyeva araya girib atasının anasına növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını almağa çalışıb. Rövşən isə bıçaqla qızının qol və əl nahiyələrinə vuraraq ona da xəsarət yetirib.
Xəstəxanaya çatdırılan ana və qızının həyatlarını xilas etmək mümkün olub.
Hadisədən sonra Rövşən Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protestlər təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 14 il müddətinə azadlıqdan məhrumetmə hökmünü dəyişdirərək onun cəzasını 15 ilə qaldırıb.
Oxşar xəbərlər
Lənkəranda iki bacı dəm qazından zəhərlənib
Lənkəranda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində qeydə alınıb. Belə ki,...