Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanıldı - YENİLƏNİB

Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanıldı - YENİLƏNİB
Hadisə 620

Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.

***10:42

Bakının Buzovna qəsəbəsində döl tapılıb.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər