Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetməni taparaq aidiyyəti üzrə təhvil verib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
***13.29
Bakıda 3 nəfər itkin düşüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü C.Ağayev dünən saat 15:30 radələrində Xətai rayonu Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.
Bundan başqa 1995-ci il təvəllüdlü Əzizxanım Ağasiyeva Əzizxanım qızı və onun 2017-ci il təvəllüdlü qızı yanvarın 13-ü saat 15 radələrində yaşadıqları Sabunçu rayonu, Nardaran qəsəbəsindəki evdən çıxaraq geri qayıtmayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xətaidəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA: 4 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - FOTO/VİDEO
Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəl...