Bakıda güclü yanğın olub - YENİLƏNİB - VİDEO

Bakıda güclü yanğın olub - YENİLƏNİB - VİDEO
Video
Hadisə 400

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

***17:05

Bakının Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Əlavə məlumat veriləcək.

Bakının Xətai rayonunda obyektdə yanğın hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri tıəqdim edirik:

Son xəbərlər