Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonunda park edilmiş avtomobilə ziyan dəyib.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 3-də saat 7 radələrində Süleyman Sani Axundov küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, yol kənarında yerləşən nəhəng ağacın iri budaqları qırılaraq park edilmiş "Toyota Aqua" avtomobilinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Hadisə yerinə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunublar. Qəzalı ağacın qırılmış budaqları ərazidən götürülüb və ağac budanıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...