Bakıda narkotik satan şəxs saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib. İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən N.Ağayev də saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 heroin və 21,730 qram metamfetamin aşkar edilib.
Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar əsasında Xəzər RPİ-nin istintaq araşdırmaları davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polis narkotiklə tutulan qadınla bağlı daha bir məlumat yaydı - VİDEO
Polis əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı 10 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazi...