Bakıda narkotacirlər yaxalanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.
Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, həmçinin Bakı şəhər sakini Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu Polis Şöbəsinə gətiriblər.
Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3,635 qram psixotrop maddə olan metamfetamin, 10,745 qram tiryək, 5 ədəd “Metodon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər ələ keçdi - FOTO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxsl...