Bakıda müəllimi döyən şəxs saxlanılıb - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəb müəlliminin döyülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib: "Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir".
Oxşar xəbərlər
Kənddə 2 azyaşlıya qarşı BİABIRÇI HƏRƏKƏT: əllərini bağladı, soyundurdu, zorladı... - Azərbaycanda ŞOK
Samux rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti veril...