Bakıda motosikletçi qəza törədib, iki nəfər yaralanıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 25 yaşlı motosikletçi qəza törədib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Rəhimov Elmin Elman oğlu idarə etdiyi motosikletlə 1956-cı il təvəllüdlü Əhmədova İradə Rafiq qızını vurub.
Hər iki şəxs təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı E.Rəhimova alın və sol almacıq nahiyəsinin əzilməsi, piyada İ.Əhmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırmalara başlanılıb. Aparıcı Aytən Səfərova baş verən hadisənin videosunu yayımlayıb.
BAKU.WS həmin görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Aytənin anası danışdı: “Hamilə olarkən toqqa ilə döyürdü” - VİDEO
2 gündür mətbuatın və sosial şəbəkələrin gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü hər kəsi sarsıdıb....