Motosikletçidən təhlükəli ŞOU: Qaydaları pozub görüntüləri paylaşdı - Araşdırma başladı/ANBAAN VİDEO
Sosial şəbəkə seqmentlərində yayılmış videogörüntü ilə bağlı hazırda araşdırma aparılır.
Bunu Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir həyata keçiriləcək.
Qurum rəsmisi əlavə olaraq qeyd edib ki, təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi bu tip nəqliyyat vasitəsini idarə edən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər sürücülərin həyat və sağlamlıqlarını təhlükə altına atırlar. Araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***14:48
Bakıda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli manevrlər etməsi narazılıq doğurub.
BAKU.WS xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisənin müxtəlif vaxtlarda paytaxtın Yasamal rayonu ərazisində qeydə alındığı bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə motosiklet sürücülərinin hərəkət zamanı ön təkəri havaya qaldıraraq yüksək riskli hərəkətlər etdiyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atdığı görünür.
Kadrlardan aydın olur ki, sürücülər bu təhlükəli manevrləri ictimai istifadədə olan yollarda nümayiş etdirir və çəkilən videoları daha sonra sosial media hesablarında paylaşırlar.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Avtovağzal Kompleksi yaxınlığında suyun küçəyə axmasının qarşısı alındı
Hazırda briqada əraziyə cəlb olunub, su axıntısının qarışı alınıb. Bu barədə məlumat BAKU.WS-ə ADSEA-dan bildirilib. Qeyd olunub ki, xəttin təmiri və bərpası i...