RƏSMİ: "Barselona" Kərim Adeyemini heyətinə qatdı

RƏSMİ: Barselona Kərim Adeyemini heyətinə qatdı
İdman 30

"Barselona" yay transfer dövründə növbəti güclü transferini rəsmiləşdirib. Kataloniya təmsilçisi Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Kərim Adeyeminin transfer olunduğunu açıqlayıb.

BAKU.WS klubun rəsmi məlumatına istinadən xəbər verir ki, 24 yaşlı alman futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

"Barselona" Adeyeminin komandaya sürət, çeviklik və hücum xəttində çoxşaxəli oyun imkanları qazandıracağını vurğulayıb. Klubun açıqlamasında Münhendə nigeriyalı və rumıniyalı ailədə dünyaya gələn futbolçunun həm cinahlarda, həm də mərkəz hücumçusu mövqeyində uğurla çıxış etməsi xüsusi qeyd olunub.

Kərim Adeyemi 2025/2026 mövsümündə Dortmund təmsilçisinin heyətində Bundesliqada 28 oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi 9 qarşılaşmada isə 3 qola imza atıb, eyni zamanda komanda yoldaşlarına 2 məhsuldar ötürmə verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər