Avtovağzal Kompleksi yaxınlığında suyun küçəyə axmasının qarşısı alındı
Hazırda briqada əraziyə cəlb olunub, su axıntısının qarışı alınıb.
Bu barədə məlumat BAKU.WS-ə ADSEA-dan bildirilib.
Qeyd olunub ki, xəttin təmiri və bərpası istiqamətində işlər görülür.
***12:26
Məsələ ilə bağlı məlumat Binəqədi Sukanal İdarəsinə verilib.
Qeyd olunub ki, briqada ünvana yola düşüb. Su axıntısının qarşısının alınması üçün işlər görüləcək.
***12:10
Bakının Biləcəri qəsəbəsində su borusunda qəza baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, sözügedən hal Avtovağzal Kompleksinin yaxınlığında, "Motodrom" adlanan ərazidə qeydə alınıb.
Nəticədə içməli su küçəyə axır.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir
Türkiyənin Bursa şəhərində Rusiya vətəndaşı olan həyat yoldaşı Arzu Xəlilovaya (20 yaş) 146 qayçı zərbəsi endirərək onu qətlə yetirməkdə təqsirləndirilən Azərba...