Polisin dəstəyi ilə daha bir problem aradan qaldırıldı

Polisin dəstəyi ilə daha bir problem aradan qaldırıldı
Video
Hadisə 409

Sabunçu rayonunda qeyd olunan ünvanda antisanitar vəziyyət polisin müşayəti ilə aidiyyəti dövlət qurumları tərəfindən aradan qaldırılıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə vətəndaşlar məlumat veriblər.

***15:36

Nardaran qəsəbəsinin sahil ərazisində müşahidə olunan antisanitar vəziyyət narazılığına səbəb olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, dəniz suyu təmiz olsa da, sahilboyu ərazi istirahətə gələn bəzi vətəndaşların atdığı məişət tullantıları ilə çirkləndirilib. Əraziyə baxış zamanı sahildə plastik butulkalar, qida qabları, sellofan paketlər və digər zibillərin qalaqlandığı görünür.

Sakinlər aidiyyəti qurumlarla yanaşı, vətəndaşları da ətraf mühitə qarşı daha həssas davranmağa və istirahətdən sonra tullantıları nəzərdə tutulmuş zibil qutularına atmağa çağırırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər