Bakıda məşhur hamamda yanğın oldu
Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın olub.
Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə taxta üzlük deformasiya edib.
Hamamın qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, hadisə "Xan Hamam" adlanan obyektdə baş verib.
Oxşar xəbərlər
Motosiklet təcili tibbi yardım maşını ilə toqquşdu
Nəsimi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, kuryer və təcili tibbi yardım maşını toqquşub. Nəticədə, avtomobilin sürücüsü yaralanıb, kur...