Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
Hadisə 279

Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...

2518 Hadisə 19:14 04 yanvar 2019

Son xəbərlər