Bakıda məktəbdə təhqir olunan şagird intihara cəhd edib? - DİN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu, 159 saylı orta məktəbin altıncı sinif şagirdinin məktəbdə intihara cəhd etməsi barədə məlumat yayılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə edilən paylaşımda şagirdin məktəbin direktoru tərəfindən təhqir edildiyi üçün intihar etmək istədiyi deyilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti qeyd olunan məlumatın polis əməkdaşları tərəfindən yoxlanıldığını, şərti adı A.A olan şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədiyini bildirib.
Qeyd olunub ki, şagird hazırda dərsdədir.
Oxşar xəbərlər
Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Ucar Rayon Təhsil Şöbəsi Qaradağlı kənd orta məktəbində təhsil alan şagirdin intihara cəhdi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, qurumdan bildi...