Bakıda məktəbdə kütləvi dava ilə bağlı polis hərəkətə keçdi - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
Bu barədə DİN mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev BAKU.WS-ə bildirib.
“Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Hazırda araşdırmalar davam etdirilir”, - deyə polis kapitanı bildirib.
***14:27
Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub. Dava 5 və 15-16 nəfərlik iki qrup arasında meydana gəlib.
BAKU.WS xəbər verir ki, bununla bağlı metbuat.az-a valideyn şikayət edib. O bildirib ki, davanı "təşkil edən" 9-cu sinif şagirdi, Məhərrəm adlı şəxs dəfələrlə onun 8-ci sinifdə oxuyan oğluna sataşıb:
"Dava 2 gün əvvəl olub. Bir neçə dəfə sataşıb oğluma. Sonuncu dəfə digər şagirdləri də yığaraq üstünə gəlib. Başından zərbələr endiriblər. Həmin uşaq bıçaq gəzdirir, məktəbin problemli şagirdlərindən biridir".
Valideyn bildirib ki, həmin şagird bıçaq gəzdirdiyinə görə, məktəb rəhbərliyi və müvafiq qurumlar tərəfindən hələ tədbir görülmədiyi üçün, uşağı dərsə göndərməyə qorxur.
Qeyd edək ki, həmin şagird davaya getdikləri görüntüləri çəkərək "TikTok" hesabında paylaşıb.
Məsələ ilə bağlı 188 saylı məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.
Mövzunu diqqətdə saxlayacağıq.
Oxşar xəbərlər
Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma məktəbin içində baş verib” - YENİLƏNİB + FOTO/VİDEO
“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”. Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb...