Bakıda məktəbdə baş verən yanğında xəsarət alan yoxdur - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib.
Bu barədə Bakı şəhər Təhsil İdarəsindən BAKU.WS-ə bildirilib ki, yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir.
Məktəb rəhbərliyinin məlumatına əsasən, xəsarət alan yoxdur.
***17:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildir...