Bakıda məktəb binasının damı uçdu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəb binasının damının şiferləri qopub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda üçmərtəbəli orta məktəb binasının damında bir neçə şiferin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər asılı vəziyyətdə qalan şiferləri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.
Oxşar xəbərlər
Paytaxtda təhlükəli anlar, vətəndaşlar xilas edildi - VİDEO
Məlum olduğu kimi, ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub. Küləyin təsirind...