Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının damı uçub.
BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Oxşar xəbərlər
Bakıda xəstəxananın dam örtüyü uçdu
Bakıda xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qopub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki,...