Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə istintaqın yekunlaşdığı elan edilib.
Prokuror Babaxan Həsənəliyev çıxış edib. O bildirib ki, məhkəmə istintaqı zamanı Azər Şalıyevin hadisəni törətməsi təsdiqlənib.
Prokuror çıxışında məhkəmədən 16 il cəza istəyib.
Daha sonra Azər Şalıyevin vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.
Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın müddəti qalıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...