Bakıda mebel sexi yanıb
08
avq
2023
09:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan 8 otaqdan ibarət mebel sexinin 2 otağının yanar konstruksiyaları 120 m² sahədə, içərisində olan taxta materiallar, hər birinin həcmi 5 litr olan 20 ədəd boya ilə dolu çəllək və sexin ətrafında 10 m² sahədə taxta tullantıları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var
Balakən rayonunun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü...