Bakıda maşın aşıb, bir nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, Olimpiya stadionunun yaxınlığında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobillə 1998-ci il təvəllüdlü Ruslan Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili ötmə zamanı ona toxunub. Bu zaman "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində Ş. Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....