Bakıda maşını əlindən alınan şəxs bankda özünü yandırmaq istədi

Bakıda maşını əlindən alınan şəxs bankda özünü yandırmaq istədi
Hadisə 860

Bakıda yerli bankların birinin müştərisi maliyyə təşkilatının binasında özünü yandırmaq istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Mayın 8-də, saat 15:10-da paytaxt sakini Hacıarif Hüseynli (1996-cı il təvəllüdlü) Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən banka daxil olub. O, ofis işçilərinin gözünün qarşısında benzini üzərinə tökərək özünü yandırmağa cəhd edib. Xoşbəxtlikdən, mühafizəçilər ona mane ola biliblər.

Məlumata görə, H.Hüseynli bu addımı ilə bankın hərəkətlərinə etiraz etmək istəyib.

Qeyd edək ki, bank kredit ödənişləri dayandırıldığı üçün "Chevrolet Cruze" markalı avtomobili müsadirə edib.

Bank əvvəlcə Taleh adlı şəxslə lizinq müqaviləsi bağlayıb, sonra avtomobil kredit verməyə davam etmək şərti ilə H.Hüseynliyə satılıb. Sonuncu ödənişləri dayandırıb, lakin bankın hərəkətlərini qanunsuz hesab edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər