Bakıda maşın qadını vurub öldürdü

Bakıda maşın qadını vurub öldürdü
Hadisə 223

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, aprelin 6-da saat 21 radələrində Səbail rayonu ərazisində Astara rayon sakini C.Hüseynzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Bağırovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər