Bakıda "Maserati"nin vurduğu piyada ölüb - Sürücü qaçıb
17
sen
2019
22:34
Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.
Oxşar xəbərlər
14 yaşlı qızı vurub qaçan sürücü saxlanıldı
Zərdabda azyaşlını avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.BAKU.WS xəbər verir ki, hadisə Zərdab rayonunun Zərdabi küçəsi, "Dədə Qorqud" meydanı deyilən...