Bakıda marketin kassasından pul aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda marketdə soyğunçuluq hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə iyulun 26-sı saat 13:30 radələrində Nərimanov rayonunun İ.Abışov küçəsində yerləşən marketlərin birində qeydə alınıb.
Belə ki, naməlum şəxs satıcını itələyərək marketin kassasından 300 manat pul və bir qutu siqareti soyğunçuluq yolu ilə ələ keçirib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü İsa Süleymanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...