Bakıda marketdən 13 min manata yaxın oğurluq olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.
Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...