Bakıda mağazada yanğın baş verib - FOTO/VİDEO - YENİLƏNİB

Bakıda mağazada yanğın baş verib - FOTO/VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 1195

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ və çevik müdaxiləsi nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.

***18:18

Bakının “Memar Əcəmi” metrosu yaxınlığında mağazalardan birində güclü yanğın başlayıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, hadisə yerinə yanğınsöndürənlər və polislər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazalardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər