Bakıda mağazada baş verən yanğını polis belə söndürdü - FOTO/VİDEO

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən elektronika malları satılan mağazlardan birindən gecə saatlarında Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər.
Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər.
Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda obyektdən oğurluq edən şəxs saxlanılıb - FOTO/VİDEO
Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb. BAKU.WS xəbər verir ki...
