Bakıda lüks avtomobil oğurlanıb

Bakıda lüks avtomobil oğurlanıb
Hadisə 256

Bakıda lüks avtomobil oğurlanıb. Fakt Bakının Nərimanov rayon 17-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, dekabrın 21-də saat 20:00 radələrindəda Mehman Mehralıyev (1982-ci il təvəllüdlü) polisə müraciət edərək, Ağa Nemətulla küçəsində “Infiniti FX-35” avtomobilinin oğurlandığını bildirib.

Onun dediyinə görə, avtomobilini mühərriki işləyən vəziyyətdə qısa müddətlik tərk edib, geri qayıtdıqda isə onun oğurlandığını görüb.

Oğurluğu kimin törətdiyi hələ ki, müəyyənləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər