Bakıda kütləvi davada 3 nəfər bıçaqlanıb, 2 nəfər döyülüb

31
may
2023
08:17
Bakının Binəqədi rayonunda mağazada dava düşüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Xəlilov Vasif Rövşən oğlu, 2002-ci il təvəllüdlü Yusubov Hüseyn Hacıbala oğlu, 2007-ci il təvəllüdlü İbrahimli Firat Zaur oğlu və daha iki nəfər naməlum şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı hər üç şəxs bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Digər iki nəfər bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...