Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
11
apr
2022
09:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.
BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.
Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Onların küçədəki kütləvi dava zamanı bıçaqlandığı məlum olub.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Arvadını və onun bibisini öldürən şəxs ömürlük həbs edildi - VİDEO
2019-cu il oktyabrın 16-da paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 22 ünvanındakı evdə qətl hadisəsi baş verib. Dərhal əraziyə pro...