Bakıda kürəkən qayınatasının evini atəşə tutub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kürəkən qayınatasının evini atəşə tutub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Əvvəl arvadını, həbsdən sonra onun məşuqunu öldürdü: "Qızımı görmək istədim..." - FOTO
Şabran rayonunda ana və oğlunu qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Nahid İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleq...