Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu
07
sen
2023
09:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.
12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.
Oxşar xəbərlər
Xalq artisti Kamil Cəlilov dəfn edilib - FOTO - YENİLƏNİB-3
Mərhum Xalq artisti Kamil Cəlilov dəfn edilib. BAKU.WS Report-a istinadən xəbər verir ki, sənətkar II Fəxri xiyabanda torpağa tapşırılıb. ***16:00 Mərhum Xalq a...