Bakıda küçədə qucaqlaşmaya görə adam öldürdülər
25
okt
2019
11:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qəribə qətl hadisəsi baş verib.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib.1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər.Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib.Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib.Dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.Faktla bağlı cinayət işi başlanılıb, Murad Tağıyev tutulub, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda bərbərə gedən oğlan yoxa çıxdı
Bakıda ata itkin düşən övladının tapılması üçün polisə müraciət edib.BAKU.WS xəbər verir ki, Sabunçu qəsəbəsi, Kalini küçəsi ev 15, mənzil 6-da yaşayan, 1961-ci...